Bizim hekayəmiz
Roof Academy tələbələrə beynəlxalq imtahanlarında yüksək nəticə əldə etməyə və dünyanın aparıcı universitetlərinə qəbul olmağa kömək edir.

Bizim hekayəmiz
Roof Academy potensiallı gənclərin dünyanın müxtəlif TOP universitetlərindən qəbul almasına dəstək olan Xaricdə Təhsil, IELTS, TOEFL, SAT kimi beynəlxalq imtahanlara hazırlıq, ümumi ingilis dili, uşaqlar üçün ingilis dili, Azərbaycan və İngilis dilində riyaziyyat dərsləri, Təhsil Yolu Xəritəsi, Yay məktəbləri və Kampları üzrə ixtisaslaşmış təhsil şirkətidir.
Biz 2017-ci ildən etibarən, artıq 9 ildir ki, tələbələrə və ailələrinə uğurla xidmət göstərməkdəyik.
Komandamızda təcrübəli, təhsilini ölkə daxilində və xaricində almış, beynəlxalq sertifikarlara (IELTS, TKT, TESOL, ICEF, CELTA və.s) malik mütəxəssislər yer alır.
Fəaliyyət göstərdiyimiz müddətdə minlərlə gəncimizin xaricdə təhsil xəyallarının gerçəkləşməsinə dəstək olmuşuq. Belə ki, 2500-dən çox tələbə dünyanın 35 müxtəlif ölkəsində fərqli universitetlərə, o cümlədən, 100 nəfərdən çox tələbə TOP 10 universitetə daxil olub.
MIT, Cambridge, Oxford, Columbia University, Imperial College London , UCL, KAIST, NUS, UPenn, Michigan, Georgia Tech, Johns Hopkins, Ilinois Urbana Champaign, Babson, Nortl Carolina at Chapel Hill, UBC, Toronto, McGill, Glasgow, Warwick, UNSW Sydney, TUM, Bocconi, PSL, Naynyang kimi hüfuzlu universitetlərdə, ümumilikdə 35 ölkədə 2500-dən çox tələbəmiz təhsil alır.
Həmçinin 2000-dən çox tələbəmizin IELTS ortalaması 7.0, 1500-dən cox tələbəmizin isə SAT ortalaması 1400-dür.
Bizim məqsədimiz yalnız yüksək imtahan nəticələri ilə məhdudlaşmır. Biz tələbələrə Parlaq Gələcək devizi altında özünəinam formalaşdırmağa, tənqidi düşünmə bacarıqlarını inkişaf etdirməyə və qlobal dünyada uzunmüddətli uğur üçün lazım olan akademik düşüncə tərzini qurmağa kömək etməyə çalışırıq.
Missiya
Missiyamız daim yeniliklər tətbiq etməklə tələbələrimizi innovativ və keyfiyyətli təhsil mühiti ilə təmin etmək, onlar üçün parlaq gələcək qurmaqdır.
Baxış
Yüksək keyfiyyətli təhsil vasitəsilə gənclər üçün təhsil bələdçisi olmaq və qlobal rəqabətdə aparıcı təhsil şirkəti olaraq qalmaq.
Dəyər
Biz tələbə mərkəzli təlimə, akademik dürüstlüyə, inkişafa və uzunmüddətli uğura yönəlmiş nəticəyönümlü təhsilə inanırıq.

Niyə ROOF Academy
Hər tələbənin hədəfi və başlanğıc nöqtəsi fərqlidir. Biz bu fərqi nəzərə alaraq fərdi öyrənmə planı qurur, zəif və güclü tərəfləri balanslı şəkildə inkişaf etdiririk. Tədris prosesi yalnız mövzuları keçməkdən ibarət deyil — məqsəd tələbəni real imtahan nəticələrinə və beynəlxalq akademik standartlara hazırlamaqdır.
Təcrübəli müəllimlərimiz və strukturlaşdırılmış proqramımız sayəsində tələbələr addım-addım irəliləyir, inkişaflarını ölçə bilir və konkret nəticələr əldə edirlər.
Real nəticələr. Sübut olunmuş SAT uğuru
1500-dən cox tələbəmizin isə SAT ortalaması 1400-dür. Onların sırasına qoşul
2500+
tələbə SAT imtahanına sistemli şəkildə hazırlaşdırılıb.
150 – 300
bal aralığında orta nəticə artımı əldə olunur.
95%
tələbə hazırlıq prosesində özünə inamının əhəmiyyətli dərəcədə artdığını qeyd edir.
Təcrübəli müəllimlərdən öyrənin, real nəticələr əldə edin
Ekspert müəllimlərimiz tələbələri akademik uğura və qlobal təhsil imkanlarına hazırlayır.

"Hər tələbənin fərdi strategiyaya ehtiyacı var. Məqsədimiz yalnız yüksək nəticələr deyil, həm də uzunmüddətli akademik uğurdur."
Rüfət Hüseynzadə
CEO

Keyfiyyətin idarəetmə sistemi
ROOF Academy-də keyfiyyət bütün tədris və idarəetmə proseslərinin mərkəzində dayanır. Fəaliyyətimiz beynəlxalq təhsil standartlarına əsaslanır və ISO 9001:2015 çərçivəsinə uyğun şəkildə təşkil olunur.
Tədris proqramları və daxili proseslər davamlı olaraq təhlil edilir və təkmilləşdirilir ki, hər bir tələbə üçün sabit, şəffaf və yüksək keyfiyyətli öyrənmə mühiti təmin olunsun.
Son məqalələr və tədbirlər
Dil imtahanları, universitet seçimi və akademik inkişafla bağlı praktik məlumatlar və tövsiyələr.
How to choose the right university
Key factors to consider when selecting a university, country, and academic program.
SAT Verbal & Math: where to focus
A clear breakdown of the SAT structure and how to improve your overall score.
How to improve your IELTS writing score
Practical strategies and expert tips to help candidates perform better in the IELTS writing section.